AZƏR NƏZƏROV

PR VƏ MEDİA MÜTƏXƏSSİSİ

Salam oxucu

Əslində bu saytı açıb-açmamaq barədə çox tərəddüd etdik.  Öncədən deyim ki, sayt heç də mövcud PR şirkətlərini və onların bu qəbildən olan addımlarını tənqid etmək üçün yaradılmayıb. Xüsusi ali məqsəd də yoxdur, burada “Amerikanın yenidən kəşf olunacağını” düşünməyin.

Uzun müddətdir ki, PR, ən əsası da Böhran zamanı kommunikasiya üzərində araşdırma aparır, bu sahədə beynəlxalq  təcrübəni öyrənirəm. Çoxsaylı media və PR  layihələrində olan təcrübələrim  üzərinə  2015-ci ildə ABŞ-da 16 aylıq Fulbright/Humphrey proqramına seçilməklə qazandığım təcrübə də gəldi. Beləliklə, ABŞ-ın nüfuzlu şirkətlərində və media qurumlarında bu istiqamətdə olan işləri araşdırmağa və yerində öyrənməyə imkan tapdım. PHD mövzumu da bu sahədə seçmişəm. Hələ PHD üçün universiteti tam razılaşdırmasam da, artıq araşdırma mövzuma başlamışam.  Araşdırma və fəaliyyətim nəticəsində əldə etdiklərimi hazırda  kitab halına salmaq üzərində çalışıram.

Son zamanlar isə tez-tez Azərbaycan dilində PR ilə bağlı təhsil resurslarının olmamasından şikayətlər eşidirəm. Əslində özüm də əvvəllər bu çətinliyi çəkmişəm. Təəssüf ki, Azərbaycanda hələ də İctimaiyyətlə Əlaqələr ixtisas olaraq heç bir universitetdə tədris olunmur. Tədris materialları demək olar ki, yoxdur. Mövcud olanların da əksəriyyəti nəzəriyyəyə fokuslanıb, həmin nəzəriyyələrin böyük qismi isə hazırda mövcud PR  bazarı ilə ayaqlaşa bilmir. Bütün bunlar məni kitab hazır olmadan orada olan bəzi mövzuları xülasə şəklində PR ilə maraqlananların diqqətinə çatdırmağa həvəsləndirdi. Bu yazılara PR hallarının təhlili ilə yanaşı, həm də müxtəlif yerli və beynəlxalq PR və media menecerlərlə müsahibələr, araşdırmalar daxildir.

Saytda olacaq materialların bir çoxu hazırda üzərində çalışdığım kitabın və araşdırma mövzumun xülasələri olduğundan nüsxələnməsinə (kopyalanması) qoyduğumuz texniki qadağaları anlayışla qarşılayacağınıza əminəm.

Xoş arzularla,

Haqqında


Azər Nəzərov PR və Media menecment üzrə məsləhətçidir.
Azərbaycanda müxtəlif yerli və beynəlxalq biznes və PR təşkilatları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, media qurumları ilə əməkdaşlıq edib. Buraya Azərbaycan Media Mərkəzi, Avrasiya fondu, Qərb Universiteti, Gürcüstan İctimai İşlər İnstitutu, Azərfon MMC, Burson-Marsteller, WAMU 88.5. (Vaşinqtonda İctimai Radio), PreMark PR və Media Məsləhətçilik Xidməti, GSR.fm, 724news.az, Kishimagazine.az, Pro Media School kimi qurumlar daxildir.
Müasir media idarəçiliyinin və alətlərinin böhran zamanı İctimaiyyətlə Əlaqələrin formalaşmasında rolu mövzusuna dair ABŞ-ın nüfuzlu Washington Post, CNN, NPR, Aljazeera Amerika, New York Times, Baltimore Sun, WTOP Radiosu, WAMU radiosu, Buzzfeed, Crosby management kimi media və PR qurumlarında araşdırma aparıb.
Azər Nəzərov 2015/2016 il üzrə Fulbright/Hubert H. Humphrey təqaüdü ilə ABŞ-ın Maryland Universitetinin Media və Kommunikasiya üzrə proqramının məzunudur.



 

Yazılar

  •  
    Böhran kommunikasiyası təlabatının pik həddini yaşayır

    “Crisis Communication” yəni Böhran Kommunikasiyası ifadəsi bəzən “haqlı” olaraq maliyyə böhranı anlayışı ilə qarışdırılır. Bunu kiminsə savadsızlığı ilə deyil, ölkəmizdə bu sahənin hələ çox yeni olması ilə əsaslandırmaq lazımdır. Bəs, Böhran Kommunikasiyası nədir və nə üçün lazımdır?

    Ətraflı
  •  
    İmic böhranının yaranma səbəbləri – Əməkdaşlarınız

    …Düzgün formalaşmış imic reputasiyanı qorumaqla yanaşı, hətta yarana biləcək imic böhranı zamanı birinci mərhələnin qalxanı rolunu da oynayır. Cəmiyyət özü “yox, əşi, o yaxşı şirkətdir, yəqin təsadüf olub”, “Əşi, böhtandır, elə şey ola bilməz, o boyda adlı-sanlı

    Ətraflı
  •  
    Müasir PR ənənələrə sadiq deyil

    Ümumiyyətlə, PR  sahəsi Azərbaycanda yeni olduğundan,  hələ ki yerinə tam oturmayıb. Qərbdə  PR-ın funksiyası illər öncə müəyyən olunsa da, bizdə hələ də  “mətbuat xidməti” işi ilə qarışdırılır. Təbii, mətbuatla işin qurulması ictimaiyyətlə əlaqələrin bir hissəsidir, amma heç

    Ətraflı
  •  
    “PR sahəsində təlimlərin təşkilinə ehtiyac var”

    30 Sentyabr tarixində “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azərbaycan İctimaiyyətlə Əlaqələr Asossasiyası”nın (APRA) təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl və sonra PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib.

    Ətraflı

Əlaqə