Yazılar

Azər Nəzərov İİTKM-də sahibkarlar üçün təlim keçib

Dekabrın 19-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport.az və “PreMark” ixrac yönümlü qurumlar üçün “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim təşkil edib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlimi “PreMark” şirkətinin rəhbəri, Azərbaycanın tanınmış PR mütəxəssisi Azər Nəzərovun aparıb. O, Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışıb. Təlimdə, həmçinin rəqəmsal alətlər vasitəsi ilə bazar analizinin aparılması, rəqəmsal PR, rəqəmsal hesabatların hazırlanması, fəaliyyətlərin analizi, ödənişli reklam vasitələrindən və Rəqəmsal alətlərdən PR aləti olaraq istifadəsi kimi mövzulara toxunulub.

Qeyd edək ki, təlimin media dəstəyi www.premark.az, iqtisadiislahat.org  və  xəbərlər.az saytına məxsusdur. Təlimin sponsorları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və PreMark – Peşəkar PR və Media məsləhətçilik xidmətidir.

3M3A6663 telim 3M3A67473M3A6874