Yazılar

  •  
    Azər Nəzərov Radio Antenn FM-in qonağı olub

    PreMark rəhbəri, PR və media mütəxəssisi Azər Nəzərov Radio Antenn FM-də “Baş-başa” verilişinin qonağı olub. Efirdə marketinq kommunikasiya mütəxəssisi Tural Abbaslı ilə birgə marketinq və PR anlayışlarından danışılıb. Bu sahələr arasındakı oxşar və fərqli cəhətlər müzakirə olunub.

  •  
    Azər Nəzərovun sahibkarlar üçün keçdiyi təlim ARB TV efirində

    Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda PR mütəxəssisi Azər Nəzərovun keçdiyi təlim ARB TV-nin efirində yayımlanıb:  

  •  
    Azər Nəzərov İİTKM-də sahibkarlar üçün təlim keçib

    Dekabrın 19-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport.az və “PreMark” ixrac yönümlü qurumlar üçün “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim təşkil edib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlimi “PreMark” şirkətinin rəhbəri, Azərbaycanın tanınmış PR mütəxəssisi Azər Nəzərovun aparıb. O,…

  •  
    “Mən adamı olmadan nə isə edən adamam”

    Azər Nəzərov: “İnkişaf etmək – sənə nəsə öyrədəcək adamlara nəfəs almağa imkan verməməkdir” Özünü həvəsdən düşməyən adam kimi xarakterizə edir. Deyir ki, bir işin uzun vaxt aparması onu qətiyyən həvəsdən salmır, əksinə daha dərindən araşdırır, qaranlıq qalan tərəflərini öyrənir. Bu zaman isə ortaya daha yaxşı iş çıxarmaq mümkün olur. Müsahibimiz elə bu xarakterinin verdiyi səbir…

  •  
    Hansı sosial şəbəkə, hansı məqsəd üçün daha faydalıdır?

    Azər Nəzərov: “Sosial şəbəkələrdə həm ünsiyyət, həm də maariflənmək üçün imkanlar varsa, bunlardan istifadə etmək lazımdır” Fikir veribsinizsə, bir qrup insan oturub söhbət edərkən belə, fikri telefonda, əsasən isə sosial şəbəkədə olur. Sosial şəbəkələr əslində günümüzün tələbidir və bundan qaçmaq da olmur, amma baxır necə istifadə edirsən. Hər bir işdə olduğu kimi, bunun da mənfi…

  •  
    Böhran zamanı narazı kütlə

    Marketoloqların müştərilərin xarakterlərinin müxtəlifliyini öyrənərək, ona uyğun proqram hazırlaması kimi PR–çıların da hədəf audiotoriyasının xarekterini təhlil etməsi vacibdir. Ötürülən istənilən mesaj üçün auditoriyanı razılar, narazılar, bitərəflər kimi bölsək, Böhran kommunikasiyası planı hazırlayan PR meneceri bilməlidir ki, o, razı və ya bitərəf auditoriyadan daha çox narazı auditoriyanı tanımağa üstünlük verməlidir. Həmin auditoriyanı daim təhlil etməli və…

  •  
    “Xalçaların bazarda tanıdılması üçmərhələli şəkildə həyata keçirilməlidir”

    Kaspi qəzetində Azərbaycan xalçalarının dünyada tanıdılması və satışının təmin edilməsi üçün düzgün strategiyanın necə qurulması ilə bağlı məqalə dərc olunub. Məqalədə “PreMark” PR və Media məsləhətçilik xidmətinin rəhbəri, PR mütəxəssisi Azər Nəzərovun da fikirləri yer alıb. Həmin məqaləni təqdim edirik: Azərbaycan xalçalarını tanıtmaq üçün nə etməliyik? Qəzetimizin ötən saylarından birində apardığımız araşdırma nəticəsində məlum olmuşdu…

  •  
    PR üçün troll saxlamaq düzgündürmü?

    PR  üçün troll saxlamaq düzgündürmü?   Razılaşmaq lazımdır ki, sosial şəbəkələr istər ünsiyyətin qurulması, istər  ifadə azadlığı, istərsə də PR/Marketinq işləri üçün əvəzsiz alət olsa da, bir o qədər də “baş ağrısı”na çevrilib. Buna görə də əksəriyyət (Biznes, hökümət, mütəxəssislər və s.)  sosial mediada baş verə biləcək  hücumların – tənqid, lağlağılıq, təhqir və s. qarşısını…

  •  
    Böhran kommunikasiyası təlabatının pik həddini yaşayır

    “Crisis Communication” yəni Böhran Kommunikasiyası ifadəsi bəzən “haqlı” olaraq maliyyə böhranı anlayışı ilə qarışdırılır. Bunu kiminsə savadsızlığı ilə deyil, ölkəmizdə bu sahənin hələ çox yeni olması ilə əsaslandırmaq lazımdır. Bəs, Böhran Kommunikasiyası nədir və nə üçün lazımdır? Böhran Kommunikasiyası ilə bağlı bir çox təriflər və izahlar mövcuddur. Ancaq bütün izahların kəsişdiyi nöqtə odur ki, Böhran…

  •  
    İmic böhranının yaranma səbəbləri – Əməkdaşlarınız

    …Düzgün formalaşmış imic reputasiyanı qorumaqla yanaşı, hətta yarana biləcək imic böhranı zamanı birinci mərhələnin qalxanı rolunu da oynayır. Cəmiyyət özü “yox, əşi, o yaxşı şirkətdir, yəqin təsadüf olub”, “Əşi, böhtandır, elə şey ola bilməz, o boyda adlı-sanlı qurumdur” və bənzəri  fikirlərlə onu müdafiə etməyə başlayır. Təbii, bu müdafiə böhranın ikinci – daha çox sübutların yayıldığı…